
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Albaniyada baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.
Gununsesi.org-un xəbərinə görə, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.
“Albaniyada bu gün baş verən güclü zəlzələ ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladıq. Zəlzələ qurbanlarına və Albaniya xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, – deyə qeyd olunub.
Qeyd edək ki, Albaniyada baş verən 6.4 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb, 600 nəfərdən çox insan xəsarət alıb.
Gununsesi.org