Azərbaycan XİN: Başın sağ olsun, Kardeş Türkiye!

  • By admin
  • 28 Fevral 2020 11:04

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İdlibdə Türkiyə hərbçilərinin şəhid olması ilə bağlı başsağlığı verib.

Gununsesi.org xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində yazılıb:

“İdlibdə Türkiyə əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, Kardeş Türkiye!”

 

 

Gununsesi.org