Azərbaycan XİN-dən Paşinyana cavab - “Bu, yaxşı siyasət deyil”

“Ermənistan 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyannaməyə əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır”.

Gununsesi.info  xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tvitter hesabında Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı paylaşımına cavab olaraq bildirilib.

HTML tutorial

Bildirilib ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3  buraxılış məntəqəsinin açılmasını təklif etdiyini deyib.

Gununsesi.info