Azərbaycan XİN ABŞ hökumətinə və xalqına başsağlığı verib

  • By Günel
  • 11 Yanvar 2025 09:01

Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniyada baş verən meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökumətinə və xalqına başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, nazirlik bu barədə “X” hesabında paylaşım edib.

“ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir. ABŞ hökumətinə və xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, – paylaşımda deyilir.

Gununsesi.info