Azərbaycan XİN Moldovanı təbrik etdi - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Moldovanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, bu barədə xarici siyasət idarəsi eksdə paylaşım edib.

“Müstəqillik Günü münasibətilə dostumuz və tərəfdaşımız Moldovanın xalqını və hökumətini təbrik edir və ən xoş diləklərimizi bildiririk! Biz strateji əməkdaşlığımızı daha da genişləndirməyi səbirsizliklə gözləyirik. Milli bayramınız mübarək!”, – sosial şəbəkədə qeyd olunub.