Azərbaycan yaşamaq üçün mükəmməl ölkədir - Paçu

  • By ilhame
  • 03 Fevral 2024 19:52

“Azərbaycanda futbol oynamaqdan zövq alıram”.

 

Gununsesi.info xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Paçu Azərbaycandakı karyerası ilə bağlı danışarkən deyib.

 

Braziliyalı hücumçu Azərbaycanın yaşamaq üçün mükəmməl ölkə olduğunu bildirib: “Burada olduğuma görə çox xoşbəxtəm. Azərbaycan çox gözəl ölkədir. Məşq və oyunlardan sonra ailəmlə görməli yerlərdə vaxt keçirməyi sevirəm”.

 

Onun sözlərinə görə, Premyer Liqanın səviyyəsi də kifayət qədər yüksəkdir: “Doğma meydanda keçirdiyimiz oyunlar komandaya əlavə stimul verir. Çünki Tovuz azarkeşləri bizim üçün vacibdir”.

 

27 yaşlı forvard komandasının oyundan-oyuna inkişaf etdiyini söyləyib: “Məqsəd “Turan Tovuz”u yaxşı yerlərə qaldırmaqdır. Öz üzərimizdə çox çalışırıq”.

 

Qeyd edək ki, Paçu bu mövsüm “Turan Tovuz”un heyətində 15 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Gununsesi.info