Azərbaycan yeni peyklər buraxacaq

“Azərbaycan gələcəkdə yeni peyklər buraxacaq və bununla da yeni məlumatlar kəşf olunacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)” İdarə Heyətinin sədri Saməddin Əsədov “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirində çıxışı zamanı deyib.

HTML tutorial

Onun sözlərinə görə, Azərbaycanın 2030-cü ilə qədər kosmik sahəsindəki fəaliyyətləri ilə bağlı böyük sənədlər hazırlanır.

Gununsesi.info