
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadən xəbər verir ki, Peterburqski İdman-Konsert Kompleksində Qazaxıstanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız heç-heçə edib – 2:2. Komandamızın qollarını Rafael Məhərrəmli və Fərid Nəbiyev vurub.
Anar
Gununsesi.info