Dünya İqtisadi Forumu “dünya ölkələrinin rəqabətədavamlılıq 2016-2017-ci il” (The Global Competitiveness Report 2016-2017) hesabatını açıqlayıb.
Gununsesi.info həmin hesabata istinadən dünyada ən keyfiyyətli nəqliyyat yollarına məxsus ölkələr barədə məlumat verir. Hesabatı hazırlamaq üçün sorğuya 135 ölkədən 14 minə yaxın iş adamı daxil edilib. Keyfiyyətli yol- Dünya İqtisadi Forumunun rəqabətə davamlılıq reytinqində əsas parametrlərindən biridir.
Azərbaycan 135 ölkə arasında 50-ci yerdə qərarlaşıb. Bununla keçmiş SSRİ ölkələri arasında ilk üçlükdədir.
Aparılan sorğu nəticəsində ilk pillədə maraqlı da olsa, Birləşmiş Ərəb Əmirliyi tutur. Daha sonrakı pillədə Sinqapur, üçüncü yerdə isə Hon-Konq tutur.
Keçmiş SSRİ ölkələrinə gəlincə, sıralama aşağıdakı kimidir:
Litva 36-cı yerdə
Estoniya 45-ci yerdə
Azərbaycan 50-ci yerdə
Tacikistan 70-ci yerdə
Gürcüstan 78-ci yerdə
Ermənistan 81-ci yerdə
Latviya 95-ci yerdə
Qazaxıstan 131-ci yerdə
Moldova 132-ci yerdə
Ukrayina 134-cü yerdə qərarlaşıb.
Belarusiya, Türkmənistan və Özbəkistanın adları reytinqdə yer almayıb.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info