Azərbaycana 1 milyon 200 min doza “Coronavac” vaksini gətiriləcək

  • By admin
  • 11 Yanvar 2022 19:19

2022-ci ilin yanvar ayında Azərbaycana növbəti dəfə yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən “Coronavac” vaksini gətiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

HTML tutorial

Qeyd olunub ki, təsdiq olunmuş müqaviləyə əsasən, bu ay ərzində Çindən ölkəyə 1 milyon 200 min doza “Sinovac” şirkətinə məxsus “Coronavac” vaksininin gətirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyada “Coronavac”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə olunur.

 

 

Gununsesi.info