Azərbaycana gələn İran vətəndaşları ilə bağlıYENİLİK

Azərbaycana gələn İran vətəndaşları ilə bağlı

15 martdan etibarən Azərbaycan Respublikasına səfər edən İran İslam Respublikası vətəndaşlarına giriş vizaları Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında rəsmiləşdiriləcək.

Bu haqda Gununsesi.info Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvarıq”-deyə H.Hacıyev əlavə edib.

Gununsesi.info

COMMENTS