Azərbaycana gələn turistlərin sayına görə 4-cü yerdəyik - HİNDİSTAN SƏFİRİ

“Hindistan Azərbaycana gələn turistlərin sayına görə dünyada 4-cü yeri tutur. Son aylar ərzində bizim ölkəmizdən Azərbaycanı görməyə gələn insanların sayı sürətlə artır”.

 

Bunu Gununsesi.info-ya açıqlamasında Hindistanın Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan deyib. Səfirin sözlərinə görə, Azərbaycana ən çox turist Türkiyə, İran və Rusiyadan gəlir:

 

“Bunlar Azərbaycana qonşu ölkələrdir. Bu ölkələrdən turistlərin çox gəlməsi təbbi qarşılanmalıdır. Ancaq Hindistan Azərbaycandan məsafəcə uzaqda olmasına baxmayaraq bu sırada biz 4-cü yerdəyik. Qonşuları saymasaq Azərbaycana 1-ci olaraq ən çox səfər edən Hindistan vətəndaşlarını hesab etmək olar. Artıq ay ərzində 15 minə yaxın turist gəlir”.

 

Səfir azərbaycanlıların da Hindistandana eyni maraq göstərməsini istədiyini deyib:

 

“Biz istəmirik ki, Hindistanı sovetlər dövründəki filmlərinə görə tanısınlar. Filmlərdəki Rac Kapur digər film qəhrəmanlarına görə tanınmasını istəmirik. Yeni Hindistanı tanımaq çox şeyləri verə bilər”.

 

 

 

Şəbnəm

Gununsesi.info