Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə 12 faiz artıb - HADİ RƏCƏBLİ

  • By admin
  • 04 Aprel 2017 15:32
hadi
Son iki ayda Azərbaycana  gələn turistlərin sayı ötən illə müqayisədə 12 faiz artıb.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, mart ayında da ölkəyə gələn turistlərin sayı həddindən artıq çox olub.
“Məhz buna görə də sərhəd-keçid məntəqləri və gömrük orqanları  gücləndirilmiş iş rejimində çalışıblar.
Məqsəd də ölkəyə gələn turistlərin giriş-çıxışını təmin, təşkil etmək olub.
Hesab edirəm ki, yay aylarında da ölkəyə turist axını çox olacaq”– deyə, komitə sədri vurğulayıb.
 
Mürtəza 
Gununsesi.info