Azərbaycana gələn xarici mütəxəssislərə şad xəbər - İş icazəsindən azad olunurlar

  • By admin
  • 11 Noyabr 2016 13:11

millimeclis-2015_40

Xarici mütəxəssislər Azərbaycan gələrkən iş icazəsindən azad edilirlər.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsinə dəyişikliklər nəzərdə tutulub.

Məcəlləyə dəyişiklik barədə məlumat verən Hüququ siyasət və dövlət qruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Məcəlləyə dəyişiklik əsasən xarici mütəxəssislərin Azərbaycana dəvəti ilə əlaqədardır.

Belə ki, əgər mütəxəsisi dəvət edəndə həmən şəxs Azərbaycana gələrkən onun mütləq iş icazəsi olmalı idi. Ancaq vaxt itkisinə yol vüerməmək və brükratik əngəllikləri aradan qaldırmaq üçün belə bir dəyişikliyə ehtiyac var. Ona görə də xarici mütəxəsisi Azərbaycana gələrkən ondan iş icazəsinin alınmasına ehtiyac qalmayacaq.

Mürtəza

Gununsesi.info