“Azərbaycana gələndə ilk öyrəndiyim təxribat xəbəri oldu”

“Təəssüf ki, Azərbaycana gəldiyim zaman ilk öyrəndiyim təxribatla bağlı xəbər oldu. Hadisə qurbanlarının yaxınlarına başsağlığı verirəm”.

 

Gununsesi.info xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani bu gün keçirilən mətbuat konfransında deyib.

 

O qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülhün təmin olunması önəmlidir: “Regiona sülh gəlməlidir”.

 

Gununsesi.info