“Azərbaycana hər cür dəstəyi verməyə hazırıq” – Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

Gununsesi.info  Türkiyə KİV-ə istinadən məlumatına görə, M.Çavuşoğlu avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı keçmiş olsun diləklərini çatdıraraq Azərbaycana hər cür dəstəyi verməyə hazır olduqlarını vurğulayıb.

HTML tutorial

Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. London polisi hadisə ilə əlaqədar 8 nəfəri saxlayıb.

Gununsesi.info