Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə report-a səfirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə hər iki ölkənin bir-birinə bütün sahələrdə göstərdiyi birmənalı dəstəyin daim yüksək qiymətləndirildiyi vurğulanıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin beynəlxalq huququn tələbləri və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında tezliklə həll olunmasının vacibliyi qeyd olunub.
Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi Pakistan Hərbi Dəniz Qüvvələrinin Azərbaycan Hərbi Dəniz Qüvvələrinə istənilən köməkliyi və dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.
Görüşdə həmçinin, Azərbaycan və Pakistan arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi, keçirilən təlimlərdə iştirakın mütəmadi təmin olunması, təcrübə mübadiləsi və səfərlərin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Gununsesi.info