Azərbaycana meymunçiçəyi testləri gətiriləcək

  • By admin
  • 01 İyul 2022 13:07

“Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən dövlətlərdən biri olub. Artıq həmin testlər ÜST-nin Azərbaycandakı nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib”.

Gununsesi.info xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycana meymunçiçəyi testləri yaxın 2-3 gün ərzində gətiriləcək.

Gununsesi.info