Ənənəvi sual: – Biz niyə inkişaf edə bilmirik?
Azərbaycanda bəlkə də, çatışmayan yeganə məsələ yetişdirməkdir. Məhz hər şeydə inkişafdan geri saxlayan məsələ də budur.
Bəs nədir bu yetişdirmək?
Dövlətdə siyasətçi yetişdirmək, məktəbdə şagird yetişdirmək, univerisitetdə də tələbə yetişdirmək və.s və.i
Təəssüf, adətən, bizdə qurumlar, hətta artıq dövlət də bu funksiyaya xidmət etmir. Bunun üçün çatışmayan çox şey var, əlbəttə. Ən əsası, ən ümdəsi yetişdirə biləcək adamların, niyyətlərin olmamasıdır.
Çünki Azərbaycanda hamı hər şeyi özü etmək istəyir.
Oxuyan istəyir, ancaq özü oxusun, yazan istəyir, ancaq özü yazsın. Futbolçu da istəyir, bütün qolları özü vursun.
(Yeri gəlmişkən, diqqət edilsə, Azərbaycanda kollektiv yarışların təkbətək yarışlara nisbətdə geri qalmasına da səbəb budur. Məsələn, güləş, cüdo, boks vəs bütün idman növlərində dünyada ön sıralarda ola bilirik, fəqət məsələ məsələn, futbola gələndə olmur. Məsələ təkcə yaxşı və pis oyunçu məsələsi deyil. Məsələ həm də budur: “Ancaq özüm” istəyi.)
Yetişdirmək ənənəsinin bir kökü də Cümhuriyyət dövrünə gedib çıxır. Hələ Azərbaycanın yeni qurulduğu bir qarışıq, çətin dövrdə dövlət xaricə öz hesabına tələbələr göndərir, özü üçün kadrlar yetişdirirdi. Nəticələri isə bəlli. Hətta müstəqilliyimiz alınandan sonra da özünü göstərmişdi.
Amma bu gün Azərbaycandan xaricə oxumaq üçün gedən adamlar da qayıtmaq istəmir.
Səbəb? O da aydındır. Çünki onlar burada perspektiv görmürlər.
Azərbaycanda kollektivlik tələb edən sahələr baxın. Hansıları çox böyük işlərə imza atır?
Məsələn, ən böyük kollektiv fəaliyyət göstərən bir yer Milli Məclisdir, onların da fəaliyyəti(sizliyi)bəllidir.
Böyük filosof Platon hələ min illər əvvəl ustadı Sokratın ölümündən sonrakı dəyişən həyatının ideyası var idi.
Areopaq yığışıb Sokratı fikirlərinə görə öldürmək qərarı verəndə və öldürəndə, Platonun da fikirləri dəyişmişdi. Həm düşüncələri, həm də elə dövlətlə bağlı fikirləri. Çünki o, mütərəqqi ideyaların olanda, fədakar olmağa çalışanda, öyrədib aydınladanda nələrin olacağını gördü. Çünki Sokratın ittihamında həm də bunlar vari idi: “Gəncləri yoldan çıxartmaq”
Aydın məsələ idi. Ağıllanıb dövlətlə dövlətçilik etməməli idin. Yanlız onlar istəyərdisə, sən necəsə, haradasa təmsil oluna bilərdin.
Demokratiyanın tərəfində olan Platon Sokratdan sonra bu fikirlərinə şübhə ilə yanaşırdı. Nəhayət, Afina artıq onun üçün qorxulu yer olanda, o, ölkəni tərk etməli olmuşdu.
12 il müddətinə 28 yaşında çıxdığı səyahətdə az qala bütün dünyanı gəzən və gəzməklə qalmayıb öyrənən, yetişən Platon Peyğəmbərlik yaşı- 40 yaşında yenidən Afinaya qayıtmışdı.
Bəs nə idi onun ideyası?
O, dövləti idarə edə biləcək adamlar yetişdirmək qərarına gəlmişdi. Bu məqsədlə, Afinada məktəb təsis etdi və fəaliyyət başladı.
İndi məlum olurmu?
Azərbaycanda az-çox yetişən adamlar da hazırda didərgin və də “sürgün”dədir.
Ənənəvi bir sual daha: Niyə insan, kadr yetişdirilmir?
Daha dəqiq, bu qorxunun kökü bəlli deyilmi?