Azərbaycana qaçaqmal telefon keçirilməsi cəhdinin qarşısı alınıb

  • By admin
  • 25 Avqust 2017 11:36

telefon

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Naz Lifan” markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, baxış zamanı, vətəndaşın üzərində 6 ədəd “X-BO” markalı mobil telefon və həmin telefonlara aid 12 ədəd USB kabel və 12 ədəd “qulaqcıq” aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info