Azərbaycana qar yağır - Faktiki hava

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, bəzi yerlərdə sulu qar, qar yağır, ayrı-ayrı yerlərdə intensivdir.

Bakıda və Abşeron yarımadasında da səhər saatlarından sulu qar, qar yağır.

Qar örtüyünün hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 42 sm, Qaxda 35 sm, Ordubadda 26 sm, Şəki, Daşkəsən, Gədəbəy, Qrız, Balakən, Zaqatala, Göygöl, Lerik, Şahdağ, Oğuz, Şahbuz, Quba, Xaltan, Yardımlı, Qusar, Altıağac, Qəbələ, Şabran, Tərtər, Qobustanda 14 sm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 11-14 dərəcə şaxta olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 24-ü axşamadək davam edəcək. Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 24-25-də gecə və səhər saatlarında xüsusən də dağlıq və dağətəyi rayonlarda magistral yolların buz bağlama ehtimalı var.

 

 

Gununsesi.info