Azərbaycana qarşı növbəti təxribat

  • By admin
  • 06 İyun 2016 19:29

atet 

Azərbaycanın ATƏT-də səsvermə hüququnun dayandırılması ilə bağlı qətnamə qəbul olunub. Gununsesi.info xəbər verir ki, Avropa Parlamentinin liberal-demokratlardan ibarət fraksiya – ALDE qrupu Azərbaycanın ATƏT-də səsvermə hüququnun dayandırılması ilə bağlı qətnamə qəbul edib.

Sənəd fraksiyanın iyunun 4-də keçirilmiş yığıncağında qəbul olunub. İclasda qəbul olunmuş altı qətnamənin 3-ü Cənubi Qafqazla bağlı olub. “Azərbaycanın vətəndaş cəmiyyətinə dəstək: Avropa institutlarına çağırış” adlanan qətnamədə ALDE qrupu səsvermə hüququnun dayandırılması ilə yanaşı, Avropa Parlamentinə Azərbaycana qarşı sanksiya tətbiq etməyi təklif edib.