Qaçaqmalçıların Rusiyadan Azərbaycana gəmi ilə külli miqdarda siqaret gətirməsi cəhdinin qarşısı alınıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd idarəsinin əməkdaşları Dərbəndin cənub-şərqində Azərbaycan istiqamətdə hərəkət edən “Bayda” tipli kiçik gəmi aşkar ediblər.
Sərhədçilər gəmini saxlamaq istəsə də, qaçaqmalçılar aradan çıxmaq istəyiblər. Gəmi izlənib və qaçaqmalçılar gəmidə olan qutuları dənizə atıblar. Qutularda aksiz markası olmayan 3 min blok “NZ gold compact” siqareti aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info