Xəbər verdiyimiz kimi, bir qrup ABŞ konqresmeni Azərbaycana sanksiya tətbiq olunması təşəbbüsü ilə çıxış edib.
Konkret şəxslərin adının yer aldığı siyahıda insan haqlarını pozan məmurlarla yanaşı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında xidməti olanların da adı daxil edilib. Bu isə ölkədə birmənalı qarşılanmayıb.
Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, Azərbaycana sanksiya təşəbbüsünün əsas müəllifi erməni diasporasının məşhur siması olan Dina Titusdur.
Onunla bağlı apardığımız araşdırmada qondarma soyqrımın il dönümləri ərəfsində ABŞ Prezidentinin “soyqrım” ifadəsini işlətməsi üçün həmkarlarından imzalar topladığı bəlli olub.
Demək olar ki, o uzun illərdir eyni işlə məşğul olub.
Dina Titusun sonuncu təşəbbüsü isə Ermənistanda böyük sevincə səbəb olub.
Belə ki, İrəvanda və xaricdəki müxtəlif erməni icmaları konqresmenə təşəkkür mesajları yazıb.
Afət Abbasova
Gununsesi.info