Azərbaycana yay gəlib

  • By admin
  • 21 İyun 2016 11:09

yay

 

Azərbaycan ərazisində yay fəsli başlayıb. Gununsesi.info xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Məlumata görə, martın 20-də Bakı vaxtı ilə saat 08:30-dan ölkəmizə qədəm qoyan yaz fəsli iyunun 21-də saat 02:34-dən etibarən yay fəsli ilə əvəz olunub.

Qeyd edək ki, rəsədxana payızın gəlişinin sentyabrın 22-si saat 18:21-də, qışın gəlişinin isə dekabrın 21-i saat 14:44-də baş verəcəyini müəyyənləşdirib.

 

Gununsesi.info