İlk yaranan avtomobillər Mercedes-Benz şirkətinə məxsus olsa da, hazırda ondan geri qalmayan bir çox avtomobil şirkətləri var. Son dövlərdə hibridlə işləyən maşınların bazara buraxılması, maşınların idarəsində insan rolunun azaldılması istiqamətində atılan addımlar bu sahənin sürətlə inkişaf etdiyini göstərir.
Ölkəmizdə də avtomobillərə maraq olduqca çoxdur. Belə ki, avtomobillərin 80-85%-nin şəxsi minik avtomobilləridir.
Bu avtomobillər arasında ən çox üstünlük verilənlər isə Mercedes, Lada(Vaz), Hundai və Toyota markalarıdır. Gununsesi.org xəbər verir ki, Banco.az da öz növbəsində bu markaların ən sərfəli sedan tipli növlərini araşdırıb.
Araşdırma şirkətlərin ölkəmizdə rəsmi distribütor və dilerlərinin qiymətlərini özündə əks etdirir.
Maşının modeli | Başlanğıc qiymət
(AZN) |
Mühərrikin gücü (at gücü) |
Lada Granta Sedan | 16 900 | 87 |
RAVON NEXIA (Comfort MT) | 17 000 | 106 |
Ravon R4 (Comfort MT) | 17 200 | 106 |
Lada Vesta Sedan | 20 200 | 106 |
Nissan Sunny | 20 230 | 99 |
Kia Rio | 23 900 | 100 |
Hundai Accent (Comfort) | 25 000 | 123 |
Volkswagen Polo Sedan Comfortline+ | 25 000 | 110 |
Volkswagen Polo Sedan Highline | 29 900 | 110 |
Hundai Elantra | 31 500 | 128 |
Toyota Corolla (Active) | 32 700 | 124 |
Kia Cerato | 39 500 | 128 |
Honda Civic (1.6L Elegance) | 40 700 | 125 |
Mazda 3 (Sedan Core+ 1.5AT) | 43 400 | 120 |
Opel INSIGNIA 1.5 Turbo | 45 900 | 165 |
Mercedes A 180 | 53 643 | 122 |
Nissan Altima | 55 930 | 190 |
Honda Accord (1.5 EXECUTİVE) | 56 000 | 198 |
Audi A3 | 56 861 | 190 |
Toyota Camry ( Comfort) | 58 000 | 181 |
Mazda 6 (High 2.5) | 61 100 | 192 |