Azərbaycanda 87 yaşlı vəkil Səttarova Türrə Əhəd qızı ən yaşlı, 24 yaşlı Məmmədova Nuranə Asif qızı isə ən gənc vəkildir.
Gununsesi.info xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2023-cü il üzrə hesabatında qeyd edilib.
Bildirilib ki, hazırda Azərbaycanda 2 431 vəkil fəaliyyət göstərir. Onlardan 1995 nəfəri kişi, 436 nəfəri qadındır. Həmin şəxslərdən 1 976 nəfəri Bakıda, 455 nəfəri isə regionlarda fəaliyyət göstərir.
Eyni zamanda ötən 6 ildə ölkəmizdə vəkil bürolarının sayı da təxminən 4 dəfə artaraq 135-ə çatıb.
Gununsesi.info