
Görədil qəsəbəsində ailə-məişət zəminində dava düşüb.
Gununsesi.info xəbər verir ki, hadisə Görədil qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib.
1969-cu il təvəllüdlü Dadaşova Elmira Tofiq qızı həyat yoldaşı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info