Azərbaycanda 1 milyon 308 min nəfər pensiya alır

Azərbaycanda 1 milyon 308 min nəfər pensiya alır

pensiya

2016-cı il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu sistemində 1 milyon 307,7 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,6 faizini təşkil edir.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya  verilən məlumata görə, pensiyaçıların 59,8 faizi yaşa, 29,0 faizi əlilliyə, 11,2 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 189,6 manat təşkil edib və orta aylıq əmək haqqının 38,8 faizinə bərabər olub.

Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1 milyard 529 milyon manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 97,9 milyon manat və ya 6,8 faiz çoxdur. Vəsaitin 97,1 faizini pensiya xərcləri təşkil edib.

Gununsesi.info

COMMENTS