Azərbaycanda  123 sənaye  mülkiyyəti obyektinə ixtira patenti verilib

  • By admin
  • 16 Yanvar 2017 14:30
stand
Standartlaşma, Metreologiya  və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2016-ci il ərzində  sənaye mülkiyyəti obyektləri üzrə ixtiralara dair 123 pa­tent ve­rilib.
Bu barədə Gununsesi.info-ya Dövlət Komitəsindən bildirilib.
Komitədən bildirilib ki, on­­lardan 108-i milli, 15-i isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Faydalı modelə dair 10 patent qeydiyyata alınıb ki, onlardan da 8-i milli, 2-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Sənaye nümunələrinə dair 26 pa­tent ve­­rilib, on­­lardan 14-ü milli, 12-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub.
Mürtəza
Gununsesi.info