14 yaşı tamam olmamış şəxslərə dərman satılmayacaq

  • By admin
  • 01 Fevral 2018 14:08

Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilib.

Gununsesi.info-nun məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna əlavə layihəsi müzakirə olunub.

Qanuna təklif edilən 13.3-1 bəndinə görə, ölkədə 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.

Layihə səsə qoyularaq qəbul olunub.

Gununsesi.info