Azərbaycanda 15 yaşlı qız özünü GÜLLƏLƏDİ

Daşkəsəndə 15 qız odlu silahdan açılan atəş nəticəsində ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb.

HTML tutorial

Kənd sakini 2007-ci il təvəllüdlü Həsənova Günel Əli yaşadığı evdə odlu silahdan (Tüfəng) açılan atəş nəticəsində ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib. Məlumata görə, hadisə baş verən zaman yeniyetmə qız evdə tək olub.

Faktla bağlı Daşkəsən rayon prokrorluğunda araşdırma aparılır.

Gununsesi.info