Azərbaycanda 18 üçəm doğulub

  • By admin
  • 16 İyun 2017 16:58

ucem

Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 46996 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 14,7 təşkil edib.

Doğulan körpələrin 52,8 faizi oğlan, 47,2 faizi isə qız uşaqlarıdır. Körpələrdən 836-sı əkiz, 18-i üçəm doğulanlardır.

Gununsesi.info