Azərbaycanda 19 məktəbli abort etdirib - DƏHŞƏTLİ STATİSTİKA

  • By admin
  • 25 İyul 2017 13:46

4dce8743dbe8b0838645287ee

2016-cı ildə  Azərbaycanda 34 569 qadın abort  əməliyyatı həyata keçirib. 

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, bunlardan 20323 nəfəri 15-29 yaş arasında olan qadınlardır. Ötən il ölkədə 15-17 yaş arası 19 qadın, 18-19 yaş arası 1 242 qadın, 20-24 yaş arası 7 773 qadın, 25-29 yaş arası 11 289 qadın aborta gedib.

2015-ci ildə isə 15-17 yaş arası 50, 18-19 yaş arası 1425, 20-24 yaş arası 5983, 20-24 yaş arası 8365 qadın abort elətdirib. 

Gülnaz Qənbərli

Gununsesi.info