
Azərbaycan vətəndaşlarından heroin götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yaşar Quliyevdən bir ədəd tapança və 0,220 qram heroin götürülüb.
Eyni zamanda Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Əliağa Əliverdiyevdən 460 qram marixuana götürülüb.
Anar
Gununsesi.info