XƏBƏR LENTİ

20 Fevral 2018
19 Fevral 2018

18 Avqust 2016 - 15:56

Azərbaycanda 2500 nəfərə yaxın şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

NAZIRLIK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və iş axtaran vətəndaşlar, həmçinin əlilliyi olan şəxslər üçün peşə hazırlığı və əlavə təhsil kurslarının təşkil olunması işləri davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  Gununsesi.info-ya verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2 291 nəfər vətəndaş, o cümlədən 93 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Bu dövrdə nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə peşə hazırlığına qəbul edilən gənclərin sayı isə 194 nəfər təşkil edib. Beləliklə də, ümumilikdə 2485 nəfər şəxs qeyd edilən kurslara cəlb edilib ki, onlardan 287 nəfəri və ya 11,5 faizi əlilliyi olan insanlardan ibarət olub. Dərzi, kompüter istifadəçisi, kompüterçi-dizayner, elektrik montyoru, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, kompüter texnikasının təmiri, elektrik qaynaqçısı, qənnadçı, tornaçı, xalçaçı, bərbər, mebel quraşdırıcısı və s. peşələr üzrə təşkil olunan kursları bitirənlərə sertifikatlar verilib.

Gənclərin düzgün peşə və ixtisas seçiminə istiqamətləndirilməsi üçün pedaqoji kadrların, idarə və müəssisələrin nümayəndələrinin, yuxarı sinif şagirdlərinin, habelə onların valideynlərinin iştirakı ilə peşəyönümü tədbirləri də davam etdirilib. Qeyd olunan dövrdə əksərən yuxarı sinif şagirdlərindən ibarət 63203 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Gununsesi.info