
Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub. Gununsesi.info xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. İlkin məlumata əsasən, yerli vaxtla 09:54-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3.7, dərinliyi 40 km olub.
Gununsesi.info