Azərbaycanda 3 yaşlı uşaq zəhərlənmədən öldü

  • By admin
  • 04 İyun 2018 10:36

Azərbaycanda 3 yaşlı uşaq zəhərlənmədən öldü

Tovuzda üç yaşlı oğlan kimyəvi maddədən zəhərlənərək ölüb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, rayonun Qədirli kənd sakini, 2015-ci il təvəllüdlü Ramil Vüqar oğlu Balakişiyev yaşadığı evdə şüşədə olan metafos tərkibli məhlulu meyvə şirəsi bilərək içib.

 Ağır dərəcədə zəhərlənən uşaq xəstəxanaya çatdırılsa da, onu  xilas etmək mümkün olmayıb.