Azərbaycanda 30 nəfər koronavirusdan öldü

  • By admin
  • 03 Yanvar 2021 18:10

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 2918 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Gununsesi.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 30 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 220 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 194 843 nəfər müalicə olunaraq sağalıb, 2733 nəfər vəfat edib. Hazırda 22 689 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6200, bu günə qədər isə ümumilikdə 2 210 426 test icra olunub.

Gununsesi.info