Azərbaycanda 340-dan çox rus dilində təhsil verən orta məktəbin fəaliyyət göstərir - SPİKER

  • By admin
  • 28 Mart 2017 12:48
oqtay-esedov
Sankt-Peterburqda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyasının yaz sessiyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. 
 Bu barədə Gununsesi.info-ya Milli Məclisin mətbua xidmətindən  məlumat verilib.
Görüşdə Valentina Matviyenko Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovun “Dostluq” ordeni ilə təltif edilməsini iki ölkənin parlamentləri arasında əməkdaşlığa verilən yüksək qiymət kimi dəyərləndirib, dövlətimizin başçısına təşəkkürünü bildirib. O, qeyd edib ki, bu il Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olunur. Münasibətlərimizin yüksələn xətlə inkişafı görülən işlərin nəticəsidir və biz bundan qürur duya bilərik. Rusiya ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar əlaqələrin intensivliyindən danışan Valentina Matviyenko regionlararası iqtisadi forumun, ölkələrimizin prezidentlərinin himayəsi ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini vurğulayıb. 

Oqtay Əsədov ölkələrimiz arasında yaradılmış möhkəm müqavilə-hüquq bazasının ticari-iqtisadi, kənd təsərrüfatı, yanacaq-energetika, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verdiyini vurğulayıb. 

Milli Məclisin Sədri ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 200-dən çox sənəd imzalandığını bildirib. Spiker əlaqələrin inkişafında Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının, parlamentlərarası dostluq qrupunun və digər qurumların fəaliyyətinin səmərəli olduğunu diqqətə çatdırıb. 

Milli Məclisin Sədri Azərbaycanda rus dilinə xüsusi qayğı ilə yanaşıldığını, ölkədə 340-dan çox rus dilində təhsil verən orta məktəbin fəaliyyət göstərdiyini deyib. 

Daha sonra tərəflər parlamentlərarası münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, bir sıra aktual məsələləri müzakirə ediblər.

Parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri bu gün başa çatır.
Mürtəza
Gununsesi.info