Azərbaycanda 4 milyon manata domen satılır - FOTO

  • By Mayil
  • 10 Noyabr 2017 14:04

Azərbaycanda ən bahalı domen satışı elanı maraq doğurub.

Gununsesi.info afn-ə istinadən xəbər verir ki, “World News PTE LTD” və “Web Coder Agency” arasında bağlanan müqaviləyə əsasən, www. azerbaijan.com və bir sıra digər domenlərin satışını “Web Coder Agency” şirkəti həyata keçirəcək.

Adıçəkilən domen isə satışa 4 milyon manata çıxarılıb. Şirkətdən bu qiymətin izahı belə verilib ki, azerbaijan.com Azərbaycanın bir nömrəli domeni olduğu üçün yüksək qiymət müəyyənləşdirilib.

Gununsesi.info