Azərbaycanda 57 müəssisə hərraca çıxarıldı.

  • By admin
  • 22 Avqust 2016 14:40
emlak
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən böyük özəlləşdirmə prosesində bu dəfəki hərraclarda 25 səhmdar cəmiyyətinin 30%-lik səhm paketləri, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi özəlləşdirməyə çıxarılıb.
Bu barədə Gununsesi.info-ya Komitədən məlumat verilib.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin fəaliyyət profili iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən aqrar, sənaye, inşaat, xidmət, nəqliyyat sahələrinə aiddir.
 
Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti Bakının Sabunçu, Xəzər və Qaradağ rayonlarında yerləşir. Eyni zamanda, Abşeron, Sumqayıt, Mingəçevir və Şəkidə yerləşən obyektlər də bu dəfəki hərraclarda özəlləşməyə çıxarılıb.

Hərraclarda iştirak hazırda daha rahatdır və komitə tərəfindən şəffaf hərraclar keçirilir. Hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş “açıq hərrac”larda gəlib iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir. Qarşıdakı dövrdə də çoxlu sayda dövlət əmlaklarının mərhələli şəkildə özəlləşdirməyə çıxarılması davam etdiriləcək.

Gununsesi.info