Azərbaycanda 2023-cü il ərzində 58 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub.
Gununsesi.info -nun xəbərinə görə, bununla bağlı “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi tərəfindən hazırlanan “Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat”da əksini tapıb.
İctimai Birliyin sədri Hafiz Səfixanovun təqdim etdiyi hesabata əsasən, ötən il minaya düşən 19 nəfər həlak olub, 39 nəfər yaralanıb. Zərərçəkənlərin hamısı kişilərdir.
Bildirilib ki, mina partlayışları Ağdam, Xocavənd, Tərtər, Laçın, Şuşa, Cəbrayıl, Kəlbəcər, Xocalı, Füzuli və Tovuz ərazilərində baş verib.
Qeyd edək ki, hesabata əsasən, Azərbaycan Avropada Ukrayna və Bosniyadan sonra mina problemindən ən çox əziyyət çəkən üçüncü dövlətdir.
Gununsesi.info