Azərbaycanda 6 dil üzrə iş üçün mütəxəssislər/tərcüməçilər axtarılır – 1200 manat əmək haqqı

  • By admin
  • 18 Dekabr 2019 13:03

Azərbaycanın aparıcı ali təhsil müəsisələri, dövlət orqanları ilə birgə “Qafqaz ölkələrinin etnik mənsubiyyətlərinin və mədəni irslərinin araşdırılması” adlı uzunmüddətli layihəyə start verilib.

Gununsesi.org-un məlumatına görə, layihənin məqsədi Azərbaycanda yaşayan etnosların tarixi, dili və mədəniyyətini araşdırmaqdır.

Layihə çərçivəsində gürcü, ləzgi, udin, erməni, avar və qrabar dillərini bilən mütəxəssislər/tərcüməçilər tələb olunur.

Bu dilləri bilən və aşağıdakı parametrlərə cavab verən şəxslərin CV məlumatlarının arashdirma2020@gmail.com elektron poçt ünvanına göndərilməsi xahiş olunur:

– Gürcü, ləzgi, udin, erməni, avar və qrabar dillərini sərbəst – “upper intermediate” və daha yuxarı səviyyədə bilmək;

– Qafqazşünaslıq üzrə başlanğıc səviyyədə məlumatlı;

– Komandada və müstəqil şəkildə işləməyi bacaran;

– Problemə yaradıcı yanaşma və kollektiv düşüncə tərzi.

Aylıq əmək haqqı dil biliyinin səviyyəsi və sahə üzrə iş stajından asılı olaraq 1200 AZN-dan başlayır.

Gununsesi.org