Azərbaycanda 6 günlük körpənin ölümü ilə bağlı şok təfərrüat - POLİS ATADAN ŞÜBHƏLƏNİR

  • By admin
  • 31 İyul 2017 11:12

597ecb03f1084_melek

Lənkəran rayonunun Darquba kənd sakini uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.

Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.

Hadisə yerinə gələn Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən uşağn meyiti su quyusundan çıxarılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Anar
Gununsesi.info