

“Azadlıqda olduğu kimi, cəzaçəkmə müəssisələrində də ölüm halları həmişə olub”.
Gununsesi.info xəbər verir ki, bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə açıqlqmasında deyib.
Onun sözlərinə görə, ölüm halları təkcə cəzaçəkmə müəssisələrində deyil, azadlıda da baş verir: “Azadlıqda olan ölüm halları ilə həbsxanalardakı müqayisə etsək, ölüm faktları cəzaçəkmə müəssisələrində daha azdır, nəinki azadlıqda”.
Sonra yeni tikilən cəzaçəkmə müəssisələri barədə məlumat verən H. Əlixanov bildirib ki, hazırda respublikanın müxtəlif bölgələrində qarışıqtipli cəzaçəkmə müəssisəsləri tikilməkdədir: “Burada həm istintaq təcridxanası olacaq, həm saxlama, həm də cəzaçəkmə müəssisləri. Cəzaçəkmə müəssisəslərinin bölgələrdə tikilməsində də əsas məqsəd odur ki, məhkumların qohum və yaxınları çox xərc çəkmədən, vaxt itkisinə yol vermədən məhbuslara baş çəksinlər”- deyə, o, bildirib.
Penitensiar Xidmətinin rəis müavinionuda bildirib ki, hazırda bölgələrdə 6 cəzaçəkmə müəssisəsi tikilir: “Bunlar Kürdəmir, Lənkəran, Gəncə, Umbakı və digər yerlərdədir. Bu müəssislərin tikilib istifadəyə verilməsi istiqamətində iş gedir. Ancaq nə zaman olacaq, bunu demək çətindir. Bu maliyyə vəsaitindən asılıdır”.
Həmçinin Azərbaycanda məhkumların saxlanma şəraitindən danışan H. Əlixanov deyib ki, saxlanma şəraiti yüksəkdir və bu günü-gündən yaxşılaşdırılır. “Məhbuslara televizora baxmaq və telefonla danışmaq imkanı yardılır. Onların saxlama şəraiti Avropa standartlarına uyğundur”- deyə, H. Əlixonov bildirib.
Gülnaz
Gununsesi.info