Azərbaycanda 62 yaşlı kişi 15 yaşlı xəstə qızı zorladı - Yeniyetmə hamilədir

Sosial şəbəkədə sağlamlıq imkanları məhdud 15 yaşlı qızın 62 yaşlı qonşusu tərəfindən zorlanması və 7 aylıq hamilə olması ilə bağlı məlumatlar yayılıb.  Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi məsələ ilə bağlı açıqlama yayıb.

Gununsesi.info xəbər verir ki, Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, hadisə ilə bağlı araşdırma aparılıb və cinayət işi başlanılıb:

“Sosial şəbəkələrdə Gəncə şəhəri Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan, yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı fakt Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb. Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və Daxili İşlər Nazirliyi ilə dərhal əlaqə saxlanılıb. Məsələ ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb”.

Teymur Mərdanoğlu, həmçinin əlavə edib ki, bu gün 15 yaşlı qızın psixoloji vəziyyətinin qiymətləndirilməsi və ona psixoloji dəstək göstərilməsi məqsədilə Komitənin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları ailəni ziyarət edəcəklər.

Gununsesi.info