Azərbaycanda 65 yaşdan yuxarı şəxslər üçün karantin rejimi yumşaldıla bilər

  • By arzu
  • 09 May 2020 19:04

Qarşıdakı günlərdə yaşı 65-dən yuxarı olan şəxslər üçün karantin rejiminin yumşaldılması ilə bağlı qərar verilə bilər.

Gununsesi.org-un məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu məsələ gündəmdədir: “Qarşıdakı günlərdə bununla bağlı qərar veriləcək. Ancaq gənclərin böyükləri qorumaq üçün atacaqları addımlardan da çox şey asılıdır”.

Gununsesi.org