Azərbaycanda 654 məktəb qəzalı vəziyyətdədir

Azərbaycanda hazırda 654 məktəb qəzalı vəziyyətdədir.

Gununsesi.info xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun səzlərinə görə, zamanla həmin məktəblərin sayının azalması istiqamətində işlər görüləcək.

Bu ilin əvvəlində Emin Əmrullayev bildirmişdirki, ölkədə qəzalı vəziyyətdə olan məktəblərin sayı 800-dən çoxdur.

Ümumilikdə isə Azərbaycanda 4400-dən çox məktəb fəaliyyət göstərir.

 

Gununsesi.info