Azərbaycanda 7 qadın üçəm dünyaya gətirib

  • By admin
  • 10 İyul 2017 18:00

ucem

Azərbaycanda 5 aya 1004 əkiz, 21 üçəm doğulub.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 58 217, yaxud hər gün orta hesabla 386 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,5 təşkil edib.

Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1004-ü əkiz, 21-i üçəmdir.

Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.

Ölkədə uşaq doğmaq qabiliyyətinə malik hər bir qadına bütün ömrü boyu 2 uşaq düşür.

Cari ilin yanvar-may ayları ərzində ölkədə 25 638 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,4 təşkil edib.

Gununsesi.info